Türkiyənin Cizrə qəsəbəsinin sakinləri ərzaq ehtiyyatı toplayıb

Türkiyənin Cizrə qəsəbəsinin sakinləri ərzaq ehtiyyatı toplayıb Qəsəbədə küçəyə çıxma qadağası Bakı saatı ilə 21.00-da qüvvəyə minib
Digər ölkələr
13 Sentyabr , 2015 23:19
Türkiyənin Cizrə qəsəbəsinin sakinləri ərzaq ehtiyyatı toplayıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyənin Şirnak vilayətinin Cizrə qəsəbəsində yenidən elan olunan fövqəladə vəziyyətin tətbiqinə bir neçə saat qalmış yerli sakinlər marketlərə axın edib.

"Report"-un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, qəsəbədə küçəyə çıxma qadağası Bakı saatı ilə 21.00-da qüvvəyə minib. Bunu fürsət bilən qəsəbə xalqı səhər saatlarından başlayaraq mağazalardan kütləvi şəkildə ərzaq məhsulları almağa başlayıb.

Qeyd edək ki, PKK terror təşkilatına qarşı aparılan əməliyyatlar çərçivəsində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sentyabrın 4-də Cizrədə fövqəladə vəziyyət elan edilmişdi. Bu qərar dünən səhər ləğv olunsa da, bu gün yenidən bərpa edilib.

Son xəbərlər

Orphus sistemi