Türkiyənin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Sedat Önal etimadnaməsini BMT-nin Baş katibi Antoniu Quterreşə təqdim edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibi diplomata yeni fəaliyyətində uğurlar diləyib.
Qeyd edək ki, səfir Önal 2007-2009-cu illərdə Türkiyənim Vyanada baş konsulu, 2012-2016-cı illərdə isə Türkiyənin İordaniyadakı səfiri vəzifələrində çalışıb. O, 2009-2012-ci illərdə Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentində baş direktor müavini, daha sonralar isə xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.