Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu İsrailin hökumət başçısı Benyamin Netanyahunun siyasətini Parisdəki terror aktları ilə müqayisə edib.
"Parisdə baş verən insanlığa qarşı terror aktlarının nə dərəcədə cinayətdirsə, Qəzza zolağında çimərlikdə uşaqların bombalanması, Netanyahunun rəhbərliyi altında minlərlə evlərin məhv edilməsi ilə bağlı hökumətin əməliyyatları, Türkiyənin humanitar karvanına hücum və onun vətəndaşlarının beynəlxalq sularda qətlə yetirilməsi bir o dərəcədə cinayətdir. Onlar bundan boyun qaçıra bilməyəcəklər", - Ə.Davudoğlu Brüsselə yollanmadan əvvəl Ankarada jurnalistlərə bildirib.
"İsrail hökuməti fələstinlilərin hər imkanda qətlə yetirilməsini adi hala çevirib", - Türkiyənin baş naziri qeyd edib.
Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" həftəlik jurnalının redaksiyasına silahlı basqın nəticəsindı 12 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.