Yuxarı

​Türkiyənin Almaniyadakı baş konsulluğunun binasına basqın olub

Konsulluq binasının ön divarına boya ilə dolu 10 torba atılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Türkiyənin Almaniyanın Ştutqart şəhərindəki baş konsulluğunun binasına boya ilə dolu torbalar atılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ştutqart polisi açıqlama yayıb.

Məlumata görə, konsulluq binasının ön divarına boya ilə dolu 10 torba atılıb. Hadisənin törədilməsində siyasi motivin olub-olmaması araşdırılır.

Açıqlamada bildirilib ki, hadisədən öncə konsulluğa qarşı hədələyici çıxışlar olmayıb.

Hadisəni törədənlərin kimliyi hələlik məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi