​Türkiyəli qadın jurnalist Rio-de-Janeyronun mərkəzində döyülüb

​Türkiyəli qadın jurnalist Rio-de-Janeyronun mərkəzində döyülüb "Cümə günü səhər üç nəfər gənc mənə hücum etdi, üzümə vurub, yerə yıxdılar"
Digər ölkələr
14 Avqust , 2016 00:31
​Türkiyəli qadın jurnalist Rio-de-Janeyronun mərkəzində döyülüb

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyəli jurnalist Canan Qaya 2016-cı il Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyronun mərkəzində canilər tərəfindən döyülüb.

"Report" xəbər verir ki, bu barədə o, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına (AIPS) məlumat verib.

"Cümə günü səhər üç nəfər gənc mənə hücum etdi, onlardan biri üzümə vurdu, daha sonra isə məni yerə yıxdılar. Yaxınlıqdan keçənlərdən heç biri dayanıb mənə kömək etmədi. Onlar qaçandan sonra, mən dərhal hadisə baş verən yerdən 150 metr aralıda dayanan Oyunların Təşkilat Komitəsi əməkdaşlarına və könüllülərə tərəf getdim. Onlardan heç biri mənə kömək edə bilmədi, mənim kimə müraciət etməli olduğumu mənə demədi və bu özümü daha da pis hiss etdim", - deyə Qaya bildirib.

Braziliyanın "Globo" portalının məlumatına görə, polis baş verən hadisədə cümə günü fransalı turistlərə hücumda ittiham olunan bir qrup şəxsi şübhəli bilir.

Son xəbərlər

Orphus sistemi