Türkiyəli nazirin maşını Hollandiya polisi tərəfindən saxlanılıb

Türkiyəli nazirin maşını Hollandiya polisi tərəfindən saxlanılıb Nazir Rotterdama Almaniyadan gedib
Digər ölkələr
11 Mart , 2017 23:00
Türkiyəli nazirin maşını Hollandiya polisi tərəfindən saxlanılıb

Bakı. 11 mart. REPORT.AZ/ Niderland polisi Rotterdam şəhərində Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın içərisində olduğu maşını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü "Er-te-ve Reynmond" telekanalı məlumat yayıb.

Nazir bundan əvvəl Hollandiya hökumətinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə enmə icazəsi verməməsi səbəbindən, bu ölkəyə Almaniyadan avtomobil ilə gedib.

Türkiyə hökumətinin üzvləri konstitusiya islahatlarına dəstək məqsədi ilə bir sıra Avropa ölkələrində siyasi kampaniya aparırlar.

Niderlandda Türkiyə siyasətçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlər təhlükəsizlik səbəbi ilə qadağan edilib.

Nazir konsulluğa getməyi planlaşdırırdı. Hazırda onun yanında onlarla Hollandiya türkü nazirin gəlişini gözləyir.

Son xəbərlər

Orphus sistemi