Yuxarı
    Bağlamaq

    Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edəcək

    Heyətdə ölkənin Xarici İşlər, Turizm, Nəqliyyat və Daxili İşlər Nazirliklərinin rəsmi şəxsləri yer alacaqlar

    Bakı. 13 iyul. REPORT.AZ/ Türkiyədən geniş tərkibdə nümayəndə heyəti iyulun 14-də Rusiyaya səfər edəcək. 

    “Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, heyətin tərkibində ölkənin Xarici İşlər, Turizm, Nəqliyyat və Daxili İşlər nazirliklərinin rəsmi şəxsləri yer alacaqlar. 

    Qeyd edək ki, bu, iki ölkə arasındakı münasibətlərin normallaşmasından sonra Türkiyədən Rusiyaya gedəcək ilk geniş tərkibdə nümayəndə heyəti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi