Türkiyədə zəlzələ bölgəsində dağıntılar altında qalan 30 nəfər axtarılır

Türkiyədə zəlzələ bölgəsində dağıntılar altında qalan 30 nəfər axtarılır Türkiyənin zəlzələ baş verən bölgəsində dağıntılar altında qalan 30 nəfər axtarılır.
Digər ölkələr
25 Yanvar , 2020 02:35
Türkiyədə zəlzələ bölgəsində dağıntılar altında qalan 30 nəfər axtarılır

Türkiyənin zəlzələ baş verən bölgəsində dağıntılar altında qalan 30 nəfər axtarılır.

“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, Elazığda 405 nəfər, Malatyada isə 148 sakin xəstəxanaya müraciət edib.

“Hər iki şəhərdə 5 ağır yaralımız var. Hazırda aparılan xilasetmə işləri davam etdirilir”.

Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu bildirib ki, son zəlzələdən indiyədək Rixter cədvəli ilə azı 4,8 bal olmaqla 30-dan çox afterşok qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi