Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib Dağıntı və ya tələfat barəsində məlumat yoxdur
Digər ölkələr
1 Mart , 2017 03:49
Türkiyədə zəlzələ baş verib

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyədə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, 4,7 bal gücə malik yeraltı təkanlar Çanaqqala ərazisində qeydə alınıb. Yerli vaxtla saat 02:27-də baş vermiş zəlzələnin episentri Ayvacıqda yerləşib.

Zəlzələ ocağı 7,13 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Balıkəsir və Bursa ərazilərində hiss edilib. 

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi