Türkiyədə XDP-dən olan deputat həbs edilib

Türkiyədə XDP-dən olan deputat həbs edilib Meral Danış Beştaş terror təşkilatına üzv olmaqda təqsirləndirilir
Digər ölkələr
31 Yanvar , 2017 02:24
Türkiyədə XDP-dən olan deputat həbs edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində Xalqların Demokratiyası Partiyasını (XDP) təmsil edən millət vəkili Meral Danış Beştaş həbs edilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, adanalı deputat terror istintaqı ilə bağlı həbs olunub. O, silahlı terror təşkilatına üzv olmaqda təqsirləndirilir. Diyarbəkir Cümhuriyyət Prokurorluğunun vəsatəti ilə barəsində həbs qərarı çıxarılan və nəzarətə alınan Beştaş ədliyyəyə aparılıb.

Məlumata görə, XDP-dən olan 3 deputat nəzarət altına alınıb.

Son xəbərlər

Orphus sistemi