Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 34 nəfər yaralanıb

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 34 nəfər yaralanıb Qəzaya səbəb yolun buz bağlaması olub
Digər ölkələr
10 Aprel , 2021 11:29
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 34 nəfər yaralanıb

Türkiyənin Konya vilayətində turistləri daşıyan avtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çarpılıb.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım və polis gəlib. Yaralılar Konyadakı xəstəxanalara aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbəb yolun buz bağlaması olub.

Qeyd edək ki, avtobus sərnişinləri tarixi və turistik məkanları görmələri üçün İzmirdən Orta Anadoluya aparırmış.

Son xəbərlər

Orphus sistemi