Türkiyədə turistləri daşıyan avtobus aşıb: 4 ölü, 38 yaralı - YENİLƏNİB 1

Türkiyədə turistləri daşıyan avtobus aşıb: 4 ölü, 38 yaralı - YENİLƏNİB 1 Avtobusun sərnişinləri əsasən Rusiya, Qazaxıstan və Ukrayna vətəndaşlarıdır
Digər ölkələr
6 Avqust , 2015 20:49
Türkiyədə turistləri daşıyan avtobus aşıb: 4 ölü, 38 yaralı - YENİLƏNİB 1

Bakı. 6 avqust. REPORT.AZ/ Türkiyənin Dənizli vilayətində baş vermiş avtobus qəzasının detalları açıqlanıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölənlərdən 4-ü də turistdir və onlar hadisə yerində keçiniblər. Bundan başqa, yaralılardan 35 nəfəri turist, biri sürücü, digər ikisi isə bələdçidir. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzaya yağışdan sonra yolun sürüşkən olması səbəb kimi göstərilib. 

*** 20:37

Türkiyənin Dənizli vilayətində turistləri daşıyan sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, avtobusun sərnişinləri əsasən Rusiya, Qazaxıstan və Ukrayna vətəndaşları olub. 

*** 19:51

Türkiyənin cənub-qərbində yerləşən Dənizli vilayətində Pamukkale şəhərindən Antalya şəhərində hərəkət edən içərisində turistlərin olduğu sərnişin avtobusu aşıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəza Bakı vaxtı ilə saat 18:30 radələrində Dənizli şəhərinin Serinhisar rayonu yaxınlığında baş verib. İlkin məlumata görə, qəzada 4 nəfər ölüb, çox sayda yaralı var. Yaralılar Dənizli və ətraf rayonlardan gələn təcili tibbi yardım maşınları ilə xəstəxanalara qaldırılıb.

Məlumata görə, Belarus vətəndaşları olan turistlər Pamukkale gəzintisindən qayıdırmışlar. Ancaq Sivrihisar rayonu yaxınlığında sürücü idarəetməni itirərək avtobusu yolun kənarındakı tarlaya aşırıb. 

Son xəbərlər

Orphus sistemi