Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən və yaralananlar var

Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən və yaralananlar var Terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu zamanı bir nəfər həlak olub
Digər ölkələr
15 İyul , 2017 02:52
Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən və yaralananlar var

Bakı. 15 iyul. REPORT.AZ/ Türkiyədə PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Hakkari vilayətinin Şəmdinli rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu zamanı bir nəfər həlak olub.

Hücum zamanı eyni zamanda daha iki təhlükəsizlik qoruyucusu da yaralanıb. Yaralılar Yüksəkova Dövlət Xəstıxanasına yerləşdirilib.

Terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb. 

Son xəbərlər

Orphus sistemi