Türkiyədə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub: ölənlər və yaralananlar var

Türkiyədə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub: ölənlər və yaralananlar var Hadisə zamanı 1 çavuş və 1 dinc sakin həlak olub
Digər ölkələr
11 Avqust , 2017 23:52
Türkiyədə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub: ölənlər və yaralananlar var
"Habertürk.com"

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin Trabzon şəhərində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Maçka rayonunda baş verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı 1 çavuş və 1 dinc sakin həlak olub. Habelə 1-i dinc sakin, təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı olmaqla, daha 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Bölgədə əməliyyatın davam etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi