Yuxarı
    Bağlamaq

    Türkiyədə suriyalı qaçqınların düşərgəsində baş verən yanğın nəticəsində üç uşaq ölüb

    Qaçqın düşərgəsi Derik şəhərindən 4 km məsafədə yerləşir, orada təxminən 9 min suriyalı yerləşdirilib

    Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin cənub-şərqində suriyalı qaçqınların düşərgəsində baş verən yanğın nəticəsində 3 uşaq ölüb, daha 6 uşaq isə xəsarət alıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, faciə Derik şəhəri yaxınlığında Mardin vilayətində baş verib.

    "Hurriyet" qəzetinin məlumatına görə, hadisə ilə əlaqədar istintaq işinə başlanıb.

    Qaçqın düşərgəsi Derik şəhərindən 4 km məsafədə yerləşir, orada təxminən 9 min suriyalı yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi