Türkiyədə sərnişin qatarı yük avtomobili ilə toqquşub: ölən və yaralananlar var

Türkiyədə sərnişin qatarı yük avtomobili ilə toqquşub: ölən və yaralananlar var Qəza zamanı 1 nəfər ölüb, maşinistlər də daxil olmaqla, 12 sərnişin yaralanıb
Digər ölkələr
26 Yanvar , 2017 07:08
Türkiyədə sərnişin qatarı yük avtomobili ilə toqquşub: ölən və yaralananlar var

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyədə sərnişin qatarı yük avtomobili ilə toqquşub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə, Eskişehir-Kütahya istiqamətində hərəkət edən sərnişin qatarının Dumlupınar Məhəlləsi yaxınlığındakı nəzarətsiz keçiddə yük avtomobili ilə toqquşması nəticəsində zərbənin təsiriylə qatarın bir vaqonu relsdən çıxıb.

Hadisə zamanı 1 nəfər ölüb. Habelə maşinistlər Rəsul Dərin, Moris Kara və təcrübəçi maşinist Emre Okyay da daxil olmaqla, 12 sərnişin yaralanıb.

Qəza zamanı sıxılmış vəziyyətdə qalmış maşinist Moris Kara xilasedicilərin bir saat yarımlıq əməliyyatından sonra xilas edilib. O və digər yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verməsi barədə heç bir məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi