Yuxarı
    Bağlamaq

    Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

    Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar

    Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 43 nəfər yaralanıb. 

    "Report”un "Habertürk"ə istinadən verdiyi məlumata görə, hadisə Konya şəhərində qeydə alınıb.

    Belə ki, yolların buz bağlaması səbəbindən avtobus idarəetməni itirərək yoldan çıxıb. Avtobusda qalan yaralılar xilas edilərək yaxınlıqdakı xəstəxanalara aparılıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi