Türkiyədə Səlahəddin Dəmirtaşla bağlı araşdırma başlayıb

Türkiyədə Səlahəddin Dəmirtaşla bağlı araşdırma başlayıb HDP həmsədri barəsində cinayət işi açılarsa, onun 24 ilə qədər həbsi tələb olunacaq
Digər ölkələr
30 İyul , 2015 20:37
Türkiyədə Səlahəddin Dəmirtaşla bağlı araşdırma başlayıb

Bakı. 30 iyul. REPORT.AZ/ Diyarbəkir Cümhuriyyət Prokurorluğu ötən il oktyabrın 6-8-də baş verən hadisələrlə bağlı Xalqların Demokatik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşla bağlı istintaq işinin aparılması barədə qərar qəbul edib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, S.Dəmirtaş Türk Cəza Qanununun 214/2 maddəsi (xalqın bir hissəsini digər bir qisminə qarşı silahlandıraraq təhrik etmək) ilə ittiham olunur.

Əgər baş prokurorluq S.Dəmirtaş barəsində lazımi dəlil əldə edərsə, Türkiyə Konstitusiyanın 83-cü maddəsinə istinadən onun millət vəkili toxunulmazlığının qaldırılmasını istəyəcək. İstintaq materialları isə Türkiyə parlamentinə təqdim olunmaq üçün Ədliyyə Nazirliyinə göndəriləcək.

HDP həmsədri barəsində cinayət işi açılarsa, onun 24 ilə qədər həbsi tələb olunacaq.

Qeyd edək ki, HDP-nin oktyabrın 6-da "İŞİD"in Kobaniyə (Eyn əl-Ərəb) qarşı həyata keçirdiyi hücumların bəhanə edərək müraciətinin ardından 35 rayonda icazəsiz mitinqlər keçirilmişdi. Hadisələr zamanı 33 nəfər ölmüş, 2 polis şəhid olmuş, 221 mülki vətəndaş və 139 polis isə yaralanmışdı. Mitinqlərdə 25-i icra hakimiyyəti, 67-si hüquq-mühafizə, 29-u siyasi partiya, 212-si məktəb olmaqla ümumilikdə 1 113 binaya zərər dəymişdi. Aksiyalarda özəl, bələdiyyə, təcili tibbi yardım və polis avtobilləri yandırılmış və ümumilikdə 1 177 nəqliyyat vasitəsi istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Son xəbərlər

Orphus sistemi