Türkiyədə sabiq səfir Karlovun qətli ilə bağlı daha bir nəfər həbs edilib

Türkiyədə sabiq səfir Karlovun qətli ilə bağlı daha bir nəfər həbs edilib Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyə polisi gün ərzində Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətlində şübhəli bilinən ikinci şəxsi də həbs edib.
Digər ölkələr
12 Yanvar , 2018 21:14
Türkiyədə sabiq səfir Karlovun qətli ilə bağlı daha bir nəfər həbs edilib
RİA "Novosti"

Bakı. 12 yanvar. REPORT.AZ/ Türkiyə polisi gün ərzində Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətlində şübhəli bilinən ikinci şəxsi də həbs edib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Ankaranın Polis İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, səfirin qətli işi üzrə Türkiyənin İnformasiya-Rabitə Texnologiyaları İdarəsinin keçmiş əməkdaşı saxlanılıb. Ankara Məhkəməsinin qərarı ilə Türkiyə vətəndaşı X.K həbs edilib. Ona qarşı "qəsdən öldürmənin təşkilində əlbir olma" ittihamları irəli sürülüb.

Qeyd edək ki, A. Karlov 2016-cı ilin 19 dekabrında Ankarada fotomüsabiqənın açılışında güllələnib. 

Son xəbərlər

Orphus sistemi