Yuxarı
    Bağlamaq

    ​Türkiyədə qubernator müavini özünü güllələyib

    Fərhad Kürdoğlu başına atəş açıb

    Bakı. 18 may. REPORT. AZ / Türkiyənin Maraş vilayətinin qubernatorunun müavini Fərhad Kürdoğlu özünü kabinetində güllələyib. "Report"un məlumatına görə, bu haqda "Milliyyet" xəbər yayıb.

    Məlumata görə, o, kabinetində başına atəş açıb. Atəş səsinə gələn işçilər qubernatorun müavinini xəstəxanaya aparıblar. 

    Xəstəxanaya yerləşdirilmiş məmurun vəziyyətinin ağır olduğu bildirilir.

    Fərhad Kürdoğlunun nə üçün intihara cəhd göstərməsinin səbəbləri hələlik məlum deyil.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi