Türkiyədə PKK terrorçularının törətdiyi partlayış nəticəsində 1 əsgər şəhid olub

Türkiyədə PKK terrorçularının törətdiyi partlayış nəticəsində 1 əsgər şəhid olub Hadisədən dərhal sonra bölgəyə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb edilib
Digər ölkələr
19 Aprel , 2017 06:39
Türkiyədə PKK terrorçularının törətdiyi partlayış nəticəsində 1 əsgər şəhid olub
Courtesy İmage

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyədə PKK terrorçularının törətdiyi partlayış nəticəsində 1 türk əsgəri şəhid olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı vilayətinin Doğubəyazid rayonunda, Gürbulaq adlanan ərazidə baş verib.

Belə ki, PKK terrorçularının partlayıcı qurğunu işə salması nəticəsində 1 türk əsgəri yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən dərhal sonra bölgəyə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb edilib. 

Hadisə ilə bağlı Türkiyənin baş naziri Bineli Yıldırım "Twitter"də başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi