Türkiyədə PKK-nın 4 terrorçusu öldürülüb

Türkiyədə PKK-nın 4 terrorçusu öldürülüb Türkiyədə PKK terrorçularına qarşı növbəti əməliyyat keçirilib.
Digər ölkələr
13 Avqust , 2019 04:30
Türkiyədə PKK-nın 4 terrorçusu öldürülüb

Türkiyədə PKK terrorçularına qarşı növbəti əməliyyat keçirilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat ölkənin cənub-şərqində, Hakkari vilayətində, Yüksəkova ərazisində baş tutub. Jandarm qüvvələrinin də cəlb edildiyi əməliyyat zamanı 4 terrorçu məhv edilib.

Daha əvvəl İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində İnqilab Keşikçiləri Qvardiyası ilə terrorçu PKK-nın İrandakı silahlıları arasında baş verən atışma nəticəsində 2 qvardiyaçı ölüb.

Son xəbərlər

Orphus sistemi