Yuxarı
    Bağlamaq

    Türkiyədə keçirilmiş antiterror əməliyyatı zamanı 3 PKK üzvü saxlanılıb

    Saxlanılanların yeni terror aktı hazırlamaları üzə çıxıb

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkiyədə antiterror əməliyyatı keçirilib.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İstanbul Kəşfiyyat və Şəhər Polisinin Terrorla Mücadilə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat zamanı 3 nəfər saxlanılıb.

    Saxlanılanların PKK terror təşkilatının üzvləri olduğu bildirilir. Məlumata görə, terror təşkilatının bir üzvü Kadıgöydə, digər iki üzvü isə Diyarbəkirdə saxlanılıb.

    Onlardan birinin evində aparılan axtarışlar zamanı silah-sursat, eləcə də terror təşkilatına adi sənədlər müsadirə edilib.

    Məlum olub ki, saxlanılanlardan biri İstanbul, İzmir, Antalya və Bursadakı terrorçulara partlayıcı maddələr göndərib. Saxlanılanların həmçinin yeni terror aktı planlaşdırmaları da üzə çıxıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi