​Türkiyədə keçirilmiş antiterror əməliyyat zamanı 11 nəfər saxlanılıb

​Türkiyədə keçirilmiş antiterror əməliyyat zamanı 11 nəfər saxlanılıb Şübhəli şəxs hesab edilənlər arasında Diyadin bələdiyyəsinin rəhbərliyində təmsil olunanlar da var
Digər ölkələr
15 İyul , 2016 03:44
​Türkiyədə keçirilmiş antiterror əməliyyat zamanı 11 nəfər saxlanılıb

Bakı. 15 iyul. REPORT.AZ/ Türkiyənin Ağrı vilayətinin Diyadin rayonunda antiterror əməliyyatı keçirilib. "Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər saxlanılıb.

Saxlanılanlar iyulun 12-də baş vermiş terror hadisəsində şübhəli bilinirlər. Şübhəli şəxs hesab edilənlər arasında Diyadin bələdiyyəsinin rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən bələdiyyə rəhbərinin köməkçisi və digər şəxslər var.

Saxlanılanlara qarşı PKK terror təşkilatı ilə əlaqədə olma, terrorçulara yardım və digər ittihamlar irəli sürülüb. Qeyd edək ki, antiterror əməliyyatında ilk olaraq 25 nəfər saxlanılıb. Lakin onlardan 14-ü sonradan sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi