Yuxarı
    Bağlamaq

    Türkiyədə keçirilən əməliyyatlar zamanı 9 terrorçu öldürülüb

    Əməliyyat zamanı eyni zamanda çoxlu sayda silah-sursat müsadirə edilib

    Bakı. 6 noyabr. REPORT.AZ/ Türkiyədə PKK terror qruplaşması əleyhinə keçirilən hərbi əməliyyatlar zamanı 9 terrorçu məhv edilib.

    "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Şırnak valiliyinə istinadən məlumat yayıb.

    Valiliyin yaydığı açıqlamada bildirilir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı Cudi Dağı bölgəsində 6, Bestler-Dərələr bölgəsində isə 2 terrorçu öldürülüb. Bir terrorçu sağ ələ keçirilib.

    Əməliyyat zamanı eyni zamanda çoxlu sayda silah-sursat da müsadirə edilib.

    Bitlis Valiliyinin yaydığı açıqlamada isə Hizan rayonunun Uolbilen kəndində "Şəhid Həsən Hüseyn Gül-5 əməliyyatının keçirildiyi bildirilir. Əməliyyat zamanı bir terrorçu öldürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi