Türkiyədə Kayseridə baş vermiş terror aktı ilə əlaqədar 27 şübhəli saxlanılıb

Türkiyədə Kayseridə baş vermiş terror aktı ilə əlaqədar 27 şübhəli saxlanılıb Kayseridə keçirilən əməliyyat zamanı 1-i qadın olmaqla, daha 4 nəfər saxlanılıb
Digər ölkələr
5 Yanvar , 2017 02:51
Türkiyədə Kayseridə baş vermiş terror aktı ilə əlaqədar 27 şübhəli saxlanılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin Kayseri vilayətində 14 hərbçinin şəhid olduğu terror aktı ilə əlaqədar həyata keçirilən əməliyyat zamanı 1-i qadın olmaqla, daha 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Adana Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsinin əməkdaşları tərəfindən aparılmış təhqiqat zamanı bombanın olduğu avtomobilin Adananın İmamoğlu rayonunda partlayıcı maddə ilə yükləndiyi üzə çıxıb.

Terror aktında əli olan şübhəliləri axtaran polis Seyhan rayonunda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı şəxsiyyətləri məlum olan Elzem Ş, Ümit K, Kenan Ç və Ekrem U saxlanılıblar.

Məlum olub ki, onlar bomba yerləşdirdikləri avtomobili İmamoğluda terrorçuya veriblər. Bununla da terror aktı ilə əlaqədar saxlanılanların sayı 27 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi