Türkiyədə İŞİD üzvləri və İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfər saxlanılıb

Türkiyədə İŞİD üzvləri və İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfər saxlanılıb Saxlanılanların əksəriyyəti Orta Asiya əsillidir
Digər ölkələr
4 Yanvar , 2017 19:51
Türkiyədə İŞİD üzvləri və İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfər saxlanılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Türkiyədə İŞİD-lə əlaqəsi olan 20 nəfər polis tərəfindən saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Məlumata görə, onlar İzmir vilayətində saxlanılıblar. İŞİD tərəfdarlarının bura Konyadan - İstanbulda terror aktı törətmiş şəxsin bir müddət gizləndiyi şəhərdən gəldikləri bildirilir. 

Polisin keçiirdiyi həbslərin Yeni il gecəsi İstanbulda baş vermiş terror aktı ilə əlaqədar olub-olmadığı açıqlanmır.

"Hurriyyet" qəzeti də İstanbuldakı terror aktı ilə əlaqədar 40 nəfərin saxlanıldığını bildirib. Saxlanılanların əksəriyyətinin Orta Asiya əsilli olduqları bildirilir.  

Son xəbərlər

Orphus sistemi