Türkiyədə İŞİD-in üzvü olmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb

Türkiyədə İŞİD-in üzvü olmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb Axtarışlar zamanı İŞİD-lə əlaqəli sənədlər, rəqəmsal materiallar və zirehli gödəkcələr aşkar edilib
Digər ölkələr
11 Aprel , 2017 23:57
Türkiyədə İŞİD-in üzvü olmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb

Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları çərşənbə axşamı İŞİD-in üzvü olduqları ehtimal edilən 19 nəfəri saxlayıb. Onlar ölkə konstitusiyasına düzəlişlər üzrə referendumu pozmağa cəhddə şübhəli bilinirlər.

"Report" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.

Məlumata görə, 9 Türkiyə vətəndaşı və 10 suriyalı ölkənin İzmir əyalətində aparılan reydlər zamanı saxlanılıb. Polis əməkdaşları axtarışlar zamanı, həmçinin İŞİD-lə əlaqəli sənədlər, rəqəmsal materiallar və zirehli gödəkcələr aşkar edərək götürüblər. Saxlanılan şəxslərin hamısı İŞİD terror qruplaşmasının Suriyadakı üzvləri ilə əlaqədə olublar.

Türkiyədə referendum aprelin 16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi