Türkiyədə hərbi poliqonda güclü partlayış baş verib

Türkiyədə hərbi poliqonda güclü partlayış baş verib Partlayış nəticəsində yaxınlıqda yerləşən yaşayış evlərinin pəncərələri sınıb
Digər ölkələr
7 May , 2015 19:47
Türkiyədə hərbi poliqonda güclü partlayış baş verib

Bakı. 7 may. REPORT.AZ/ Şanlurfa vilayətində Türkiyə Silahlı Qüvvələrinin 20-ci tank briqadasına məxsus poliqonda güclü partlayış baş verib. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində yaxınlıqda yerləşən yaşayış evlərinin pəncərələri sınıb. Hadisə yerinə xeyli sayda yanğısöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. 

Hadisəyə səbəb kimi vaxtı keçmiş hərbi sursatın plana uyğun olaraq məhv edilməsi zamanı anbarda yaranmış güclü dalğa göstərilir. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. 

Son xəbərlər

Orphus sistemi