Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var Faktla bağlı araşdırma aparılır
Digər ölkələr
4 Noyabr , 2017 15:58
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. 4 noyabr. REPORT.AZ/ Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb. 

“Report”un "Milliyet"ə istinadən verdiyi məlumata görə, hadisə Hakkari şəhərinin Şəmdinli rayonunda baş verib.

Hadisə zamanı avtomobildə olan üç hərbçi yaralanıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralıların müalicəsi davam edir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi