Türkiyədə həftə ərzində 32 terrorçu zərərsizləşdirilib

Türkiyədə həftə ərzində 32 terrorçu zərərsizləşdirilib Terrorçuların 13 sığınacağı və anbarı məhv edilib
Digər ölkələr
12 Avqust , 2017 01:07
Türkiyədə həftə ərzində 32 terrorçu zərərsizləşdirilib
"Anadolu"

Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin ayrı-ayrı ərazilərində avqustun 3-dən 10-dək keçirilən antiterror əməliyyatları zamanı 32 terrorçu zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, əməliyyatlar ölkənin cənub-şərqindəki Şırnak, Hakkari və Mardin vilayətlərində keçirilib. Əməliyyat zamanı 19 ədəd silah, 250 kiloqram yandırıcı və partlayıcı maddələr, 27 əl qumbarası, 5072 patron və 15 ədəd əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib.

Həftə ərzində habelə terrorçuların 13 sığınacağı və anbarı məhv edilib.

Son xəbərlər

Orphus sistemi