Türkiyədə FETÖ tərəfdarlarının məhkəməsi dekabrın 27-də başlayacaq

Türkiyədə FETÖ tərəfdarlarının məhkəməsi dekabrın 27-də başlayacaq Onlara qarşı bir sıra ittihamlar irəli sürülüb
Digər ölkələr
25 Dekabr , 2016 07:44
Türkiyədə FETÖ tərəfdarlarının məhkəməsi dekabrın 27-də başlayacaq

Bakı. 25 dekabr. REPORT.AZ/ İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etmiş 32 mülki şəxsin, 61 polisin, 1516 nəfəri hərbi qulluqçu olmaqla 1609 nəfərin 13 vilayətdə aparılan istintaq işi başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, dövlət çevrilişinə cəhdlərlə əlaqədar İstanbulda 5 ittihamnamə üzrə 279, Ankarada 4 ittihamnamə üzrə 443 nəfər, İzmirdə 267 şübhəli, habelə digər şəhər və vilayətlərdə onlarla FETÖ üzvü saxlanılıb. İstanbulda 29 polisə qarşı ilk məhkəmə prosesi dekabrın 27-də başlayacaq.

Məhkəmə proseslərinin əsas ittihamları "Konstitusiya quruluşunu pozmaq cəhdi", "Türk Respublikası hökumətini aradan qaldırmaq cəhdi", "Türkiyə Böyük Millət Məclisini ləğv etmək cəhdi"ndən ibarətdir.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə FETÖ tərəfindən hərbi çevrilişə cəhd olub. Lakin bu cəhd uğursuz olub. Girovluqdakı generallar, prezidentin baş katibi girovluqdan xilas edilib. Fətullahçı zabitlər, generallar həbs edilib. Dövlət çevrilişi cəhdinin qarşısının xalq tərəfindən alınması zamanı 161 nəfər şəhid olub, 1440 yaralanıb. 

Son xəbərlər

Orphus sistemi