Türkiyədə FETÖ işi ilə əlaqədar axtarışda olan professor yaxalanıb

Türkiyədə FETÖ işi ilə əlaqədar axtarışda olan professor yaxalanıb O, bu gün Ağsaraya göndəriləcək
Digər ölkələr
10 Noyabr , 2016 05:58
Türkiyədə FETÖ işi ilə əlaqədar axtarışda olan professor yaxalanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdinin istintaqı ilə axtarışda olan Polis Akademiyasının sabiq müəllimi, professor Halil İbrahim Bahar yaxalanıb.

"Report"un məlumatına görə, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu FETÖ işi ilə bağlı axtarılan Halil İbrahim Baharın Zonquldagda gizlənməsi barədə məlumat əldə edib. Zonquldağ vilayəti Polisinin Qaçaqmalçılığa və Mütəşəkkil Cinayətkaqlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları professoru gizləndiyi qohumunun evində əməliyyat keçirərək Halil İbrahim Baharı yaxalayıblar.

O, bu gün Ağsaraya göndəriləcək.

Son xəbərlər

Orphus sistemi