Türkiyədə FETÖ işi ilə əlaqədar 6 jurnalist saxlanılıb

Türkiyədə FETÖ işi ilə əlaqədar 6 jurnalist saxlanılıb Onlar konstitusiyalı quruluşu dəyişdirməyə cəhddə ittiham edilirlər
Digər ölkələr
1 Aprel , 2017 01:01
Türkiyədə FETÖ işi ilə əlaqədar 6 jurnalist saxlanılıb
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyədə FETÖ işi ilə əlaqədar 6 jurnalist saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Gökçe Fırat Çulhaoğlu, Yakup Çetin, Bünyamin Köseli, Cihan Acar, Abdullah Kılıç, Oğuz Usluer İstanbul Cumhuriyet Baş Prokurorluğunun təlimatı ilə saxlanılıblar. Onlar FETÖ təhqiqatı çərçivəsində, konstitusiyalı quruluşu dəyişdirməyə cəhd göstərməkdə, Türkiyədə Cümhuriyyəti ictimai quruluşuna qarşı çıxmaqda ittiham edilirlər.

Qeyd edək ki, saxlanılanlar bir müddət əvvəl sərbəst buraxılmışdılar.

Son xəbərlər

Orphus sistemi