Yuxarı
    Bağlamaq

    Türkiyədə dövlət çevrilişinə cəhd iştirakçılarının saxlandığı həbsxanalarda zenit qurğuları yerləşdirilib

    Ədliyyə Nazirliyinin sərəncamı ilə zenit qurğuları Ankaradakı Sincan, İzmirdəki Şakran və İstanbuldakı Silivri həbsxanalarına yerləşdirilib

    Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhd işi üzrə həbs edilənlərin saxlandığı üç həbsxanada zenit qurğuları yerləşdirilib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyinin sərəncamı ilə zenit qurğuları Ankaradakı Sincan, İzmirdəki Şakran və İstanbuldakı Silivri həbsxanalarına yerləşdirilib.

    Məlumata görə, Ədliyyə Nazirliyi həmçinin həbs olunanların saxlandığı yerlərin mühafizəsinin gücləndirilməsinə dair tapşırıq verib.

    Qeyd edilib ki, Türkiyə hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhddə iştirak edənlərin həbsxanalarda üsyan qaldracağı və onların oradan qaçması barədə xəbərlər aldıqdan sonra həbsxana nəzarətçilərinin və mühafizəçilərinin sayında xeyli artım olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi