Türkiyədə daşınmaz əmlakın reyestr xidmətində rüşvət almaqda şübhəli bilinən 46 nəfər saxlanılıb

Türkiyədə daşınmaz əmlakın reyestr xidmətində rüşvət almaqda şübhəli bilinən 46 nəfər saxlanılıb Saxlanılanılar külli miqdarda rüşvət almaqda ittiham olunurlar
Digər ölkələr
21 Fevral , 2017 04:24
Türkiyədə daşınmaz əmlakın reyestr xidmətində rüşvət almaqda şübhəli bilinən 46 nəfər saxlanılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Türkiyədə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən 50-dək adam hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Arnavutköydə daşınmaz əmlakın dövlət reyestri xidmətində keçirilmiş əməliyyat zamanı saxlanılanlardan 15-i yüksək vəzifəli şəxslərdir.

Saxlanılanlardan 1-i idarə müdiridir. Şübhəlilər arasında habelə 2 müdir müavini, 1 vəkil də var.

Xəbərdə həmçinin bildirilir ki, polis vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinənləri 6 ay təqib edib. Nəticədə 23 rüşvət hadisəsi kamera vasitəsilə çəkilib. 

Saxlanılanılar külli miqdarda rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi