Türkiyədə daha bir yanmış qız cəsədi tapılıb

Türkiyədə daha bir yanmış qız cəsədi tapılıb 18 yaşında olduğu təxmin edilən qızın şəxsiyyəti hələlik məlum deyil
Digər ölkələr
22 Fevral , 2015 21:35
Türkiyədə daha bir yanmış qız cəsədi tapılıb

Bakı. 22 Fevral. REPORT.AZ/ Türkiyənin Manisa vilayətində Zeytun bağları deyilən ərazidə yanmış gənc qız cəsədi tapılıb.

"Report" Hürriyət qəzetinə istinadla xəbər verir ki, 18 yaşında olduğu təxmin edilən qızın şəxsiyyəti hələlik məlum deyil. Polis cinayətin kim və ya kimlər tərəfindən törədildiyini araşdırır.

Qeyd edək ki, ötən həftə Türkiyənin cənubundaki Mersin şəhərinin polis əməkdaşları 20 yaşlı Özgecan Aslanın yanmış cəsədini çayın kənarında aşkar etmişdilər. Hadisə ilə bağlı 3 nəfər həbs olunub - mikroavtobus sürücüsü, onun atası və dostu.

Özgecan Aslanın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəzi aldığı bildirilir.

Hadisəyə etiraz olaraq minlərlə qadın Ankara, İstanbul, Mersin və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirmişdi.

Son xəbərlər

Orphus sistemi