Türkiyədə daha bir FETÖ üzvü həbs edilib

Türkiyədə daha bir FETÖ üzvü həbs edilib Hüquq-mühafizə orqanlarının onun həbsi ilə bağlı əməliyyatı dünən keçirilib
Digər ölkələr
17 Dekabr , 2016 04:20
Türkiyədə daha bir FETÖ üzvü həbs edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyədə fətullahçı terror terror təşkilatının (FETÖ) daha bir üzvü saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər verib.

Məlumata görə, iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddə iştirakla əlaqədar barəsində Quşadası Cümhuriyyət Prokurorluğu tərəfindən saxlanılma qərarı verilmiş Harun A. 5 aylıq axtarışlardan sonra saxlanılıb. Hüquq-mühafizə orqanlarının onun həbs edilməsi ilə bağlı əməliyyatı dünən keçirilib.

Qeyd edək ki, Harun A. FETÖ-nün Quşadas rayonundakı cinayətlərinin əsas təşkilatçılarından biridir. Tanınmamaq üçün saqqal və bığ buraxmış FETÖ üzvü Quşadası Dövlət Xəstəxanasında həkim nəzarətindən keçirilib.

Son xəbərlər

Orphus sistemi