​Türkiyədə baş vermiş terror aktı nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb

​Türkiyədə baş vermiş terror aktı nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb Həlak olanlardan biri hərbçi, iki nəfəri isə mühafizəçidir
Digər ölkələr
25 May , 2016 23:04
​Türkiyədə baş vermiş terror aktı nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Bakı. 25 may. REPORT.AZ/ Türkiyədə terror hadisəsi baş verib. 

"Report"un məlumatına görə, bu haqda "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, Türkiyənin cənub şərqindəki Mardin vilayətində jandarm postunun yaxınlığındakı avtiomobildə quraşdırılmış bombanın partlaması nəticəsində ən azı 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Həlak olanlardan biri hərbçi, iki nəfəri isə mühafizəçidir. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.

Qeyd edək ki, Mardin vilayətində PKK terrorçularına qarşı əməliyyatlar keçirilir.  

Son xəbərlər

Orphus sistemi