Türkiyədə keçirilmiş anti-terror əməliyyatında saxlanılanlardan 9-u həbs edilib

Türkiyədə keçirilmiş anti-terror əməliyyatında saxlanılanlardan 9-u həbs edilib Daha 7 nəfər isə məhkəmə qərarı ilə sərbəst buraxılıb
Digər ölkələr
24 Fevral , 2017 04:22
Türkiyədə keçirilmiş anti-terror əməliyyatında saxlanılanlardan 9-u həbs edilib

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyənin Qaziantep Cümhuriyyət Baş Prokurorluğunun Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birlikdə PKK terror qruplaşması əleyhinə keçirdiyi əməliyyatında saxlanılmış 17 şübhəli ilə bağlı təhqiqat başa çatıb.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sağlamlıq yoxlamasından sonra ədliyyəyə göndərilmiş şübhəlilərdən biri ifadə verdikdən sonra sərbəst buraxılıb. Şübhəlilərdən 9-u həbs edilib, daha 7 nəfər isə məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, azadlığa buraxılanlar hüquq-mühafizə orqanlarının nəzarəti altında olacaqlar.

Son xəbərlər

Orphus sistemi