Türkiyədə azadlığa buraxılan keşiş Endryu Branson vətəninə yola düşüb

Türkiyədə azadlığa buraxılan keşiş Endryu Branson vətəninə yola düşüb Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunmuş, dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson vətəninə yola düşüb.
Digər ölkələr
1647
13 Oktyabr , 2018 00:26
Türkiyədə azadlığa buraxılan keşiş Endryu Branson vətəninə yola düşüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunmuş, dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson vətəninə yola düşüb.

"Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, o, İzmir hava limanından təyyarə ilə vətəninə uçub. Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. 

Endryu Branson oktyabrın 12-də azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi