Türkiyədə antiterror əməliyyatı keçirilib: 70 nəfər şübhəli şəxs qismində saxlanılıb

Türkiyədə antiterror əməliyyatı keçirilib: 70 nəfər şübhəli şəxs qismində saxlanılıb Hüquq-mühafizə orqanları daha 34 şübhəlinin də yaxalanması üçün tədbirləri davam etdirirlər
Digər ölkələr
13 Fevral , 2017 07:48
Türkiyədə antiterror əməliyyatı keçirilib: 70 nəfər şübhəli şəxs qismində saxlanılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyədə PKK terror qruplaşması əleyhinə irimiqyaslı antiterror əməliyyatı keçirilib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Məlumatda bildirilir ki, helikopter dəstəkli əməliyyat İstanbulda keçirilib. Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının müxtəlif ünvanlarda keçirdikləri əməliyyat zamanı 70 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyat zamanı müxtəlif növ odlu silahlar, çoxlu sayda sursat, habelə təşkilati sənəd ilə şifrələnmiş rəqəmsal vəsaitlər müsadirə olunub. Məlumata görə, bununla da PKK terror qruplaşmasının yaxın günlərdə planlaşdırdığı bir sıra terror əməliyyatlarının qarşısı alınıb.

Hüquq-mühafizə orqanları daha 34 şübhəlinin də yaxalanması üçün tədbirləri davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi