Türkiyədə Angela Merkelin səfərindən əvvəl İŞİD yaraqlısı olduğu ehtimal edilən 6 nəfər saxlanılıb

Türkiyədə Angela Merkelin səfərindən əvvəl İŞİD yaraqlısı olduğu ehtimal edilən 6 nəfər saxlanılıb Həbs əməliyyatı şənbə gününə keçən gecə yaraqlıların mümkün addımlarının qarşısını almaq məqsədilə həyata keçirilib
Digər ölkələr
23 Aprel , 2016 14:44
Türkiyədə Angela Merkelin səfərindən əvvəl İŞİD yaraqlısı olduğu ehtimal edilən 6 nəfər saxlanılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Türkiyə polisi İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində Konya şəhərinin mərkəzində aparılan reyd zamanı altı əcnəbi vətəndaşı saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, əməliyyatı şənbə gününə keçən gecə yaraqlıların mümkün addımlarının qarşısını almaq məqsədilə həyata keçirilib.

Agentliyin bildirdiyinə görə, əməliyyat Almaniya kansleri Angela Merkel və Avropa Şurasının rəhbəri Donald Tuskun Qaziantepə gözlənilən gəlişindən bir neçə saat əvvəl həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi