Türkiyədə PKK əleyhinə əməliyyat zamanı 8 terrorçu öldürülüb, 1 türk əsgəri yaralanıb

Türkiyədə PKK əleyhinə əməliyyat zamanı 8 terrorçu öldürülüb, 1 türk əsgəri yaralanıb Hərbçinin yüngül yaralandığı, həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir
Digər ölkələr
6 Aprel , 2017 02:57
Türkiyədə PKK əleyhinə əməliyyat zamanı 8 terrorçu öldürülüb, 1 türk əsgəri yaralanıb
Foto: "Habertürk"

Bakı. 6 aprel. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Hakkari vilayətində təhlükəsizlik qüvvələrinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" Hakkari vilayətinin rəhbərliyinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə vilayətin Çukurca rayonunda baş verib. PKK terrorçularının hücumunun qarşısı alınması məqsədilə F-16 hərbi təyyarələrindən, Pilotsuz Uçan Aparatdan (PUA) istifadə edilib. Əməliyyat zamanı PUA tərəfindən 8 terrorçu məhv edilib, həmçinin 1 türk əsgəri də yaralanıb. 

Yaralı Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib. Onun yüngül yaralandığı, həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.  

Son xəbərlər

Orphus sistemi