Yuxarı
    Bağlamaq

    Türkiyədə 731 hərbçi qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib

    İstintaq çərçivəsində 21 nəfər saxlanılıb

    Bakı. 18 iyun. REPORT.AZ/ Türkiyədə 730-dan çox hərbçi qidadan zəhərlənib.

    "Report" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

    Məlumatda bildirilir ki, hadisə Manisada, iyunun 17-də baş verib. Ordu bölmələrindən birində yüzlərlə hərbçi nahardan sonra özlərini pis hiss etdiklərini bildiriblər.

    Xəstəxanaya 731 hərbçi yerləşdirilib. Prokurorluqdan bildirilib ki, istintaq çərçivəsində 21 nəfər saxlanılıb.

    Qeyd olunur ki, Manisada hərbçilərin zəhərlənməsi ilə bağlı oxşar hadisə mayın 24-də də baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi