Yuxarı
    Bağlamaq

    Türkiyədə 36 PKK terrorçusu zərərsizləşdirilib

    Bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb© Foto: "Anadolu"

    Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyənin Diyarbəkir, Şırnkak, Batman, Tunceli, Hakkari və Qars vilayətlərində həftə ərzində keçirilmiş anti-terror əməliyyatları zamanı 36 PKK terrorçusu zərərsizləşdirilib.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Terror qruplaşmasının üzvləri artıq uzun müddətdir Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına hücumlar təşkil edirlər.

    Ölkə hakimiyyətinin bu vəziyyəti nizamlamaq yollarını tapmaq üçün səylərinə baxmayaraq, PKK 2016-cı ilin iyulundan silahlı hücumlara yenidən start verib. Həmin vaxtdan bu günə kimi 500-ə yaxın mülki sakin və təhlükəsizlik qüvvələrinin 800 əməkdaşı terrorçular tərəfindən öldürülüb. Anti-terror əməliyyatlarının gedişində təhlükəsizlik qüvvələri tərəfindən 10 mindən çox terrorçu məhv edilib və həbs olunub.

    Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına salıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi