Türkiyədə 27 terrorçu məhv edilib

Türkiyədə 27 terrorçu məhv edilib Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 6 terrorçu yaxalanıb
Digər ölkələr
4 Sentyabr , 2017 18:55
Türkiyədə 27 terrorçu məhv edilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Türkiyədə həftə ərzində 27 terrorçu məhv edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin avqustun 28-dən sentyabrın 3-dək keçirdiyi əməliyyat zamanı 6 terrorçu yaxalanıb, 10 nəfər silahı yerə qoyaraq təslim olub. Bununla yanaşı, terrorçularla əlaqədə şübhəli bilinən 285 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı həmçinin 16 atıcı silah, 9 əl qumbarası, 470 kiloqram partlayıcı maddə müsadirə olunub. Terrorçuların 9 sığınacağı məhv edilib.

Son xəbərlər

Orphus sistemi