Yuxarı
    Bağlamaq

    Türkiyənin cənub-şərqində 23 PKK terrorçusu zərərsizləşdirilib

    Son 18 gündə 4-ü qadın olmaqla PKK-nın daha 9 terrorçusu silahı təhvil verərək təslim olub© Foto: "Anadolu"

    Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyədə keçirilən antiterror əməliyyatları çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətində iyunun 12-dən bu günə kimi PKK-nın 23 terrorçusu zərərsizləşdirilib.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla bağlı vilayətin qubernatorunun administrasiyası məlumat yayıb.

    Xəbərdə qeyd olunur ki, "F-16" təyyarələri ilə Herekol dağları ərazisinə endirilmiş zərbə nəticəsində 9 terrorçu məhv edilib. Onların mövqeləri kəşfiyyatçı Pilotsuz Uçuş Aparatı ilə müəyyən edilib.

    Son 18 gündə PKK-nın daha 9 terrorçusu silahı təhvil verərək təslim olub. Onlardan 4-ü qadınlardır.

    Antiterror əməliyyatları Siirt vilayətinin Pərvari rayonunda davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi