Türkiyədə 14 terrorçu zərərsizləşdirilib

Türkiyədə 14 terrorçu zərərsizləşdirilib Onlardan 3-ü məhv edilib, 2-i silahı yerə qoyaraq təslim olub, 9-u ələ keçirilib
Digər ölkələr
28 Noyabr , 2017 06:42
Türkiyədə 14 terrorçu zərərsizləşdirilib
"Anadolu"

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyədə son həftə ərzində keçirilmiş antiterror əməliyyatları zamanı 14 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onlardan 3-ü məhv edilib, 2-i silahı yerə qoyaraq təslim olub, daha 9-u ələ keçirilib.

Türkiyənin təhlükəsizlik qüvvələri noyabrın 20-dən 27-dək terror təşkilatlarına qarşı 645 əməliyyat keçiriblər. Əməliyyatlar zamanı PKK terrorçuları ilə əlbir olmaqda şübhəli bilinən 486 nəfər, İŞİD-lə əlaqədə olmaqda şübhəli sayılan 133 nəfər, Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ ilə əlaqədə şübhəli bilinən 663 nəfər, solçu terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Planlaşdırılmış əməliyyatlar zamanı ümumilikdə 5256 nəfər saxlanılıb. Onlardan 1291-i terrorçuluqda, 116-ı qanunsuz miqrasiya ilə bağlı cinayət əməllərində, 3849-u narkotik vasitələrin ticarətində və insan alverində şübhəli bilinir.

Bingöl, Diyarbəkir, Hakkari, Mardin, Tunceli və Bitlis vilayətlərində keçirilən əməliyyatların gedişində terrorçuların 34 sığınacağı, 17 əldəqayırma partlayıcı qurğusu və mina məhv edilib.

Son xəbərlər

Orphus sistemi