Bakı. 1 oktyabr. REPORT.AZ/ Türkiyədə 11 terrorçu hərbçilər tərəfindən zərərsizləşdirilib.
"Report"un məlumatına görə, bu barədə "Habertürk" Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, Şırnak vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Həmçinin Diyarbəkirdə də terror əleyhinə keçirilən əməliyyat zamanı daha 5 terrorçu zərərsizləşdirilib.
Bununla yanaşı, İraqın şimalına qaçan 5 terrorçu da təhlükəsizlik qüvvələrinə təslim olub. Terrorçulardan xeyli miqdarda silah-sursat müsadirə edilib.